Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda Qurban Bayramı üçün kəsim məntəqələrində dezinfeksiya işləri aparılıb

15 iyun 2024 | 10:29

Sumqayıtda Qurban Bayramı günlərində heyvan satışı və kəsimi üçün nəzərdə tutulan məntəqələrdə dezinfeksiya işləri görülüb.

Qeyd edək ki, heyvanların satışı və kəsimi şəhərimizin İnşaatçılar küçəsi, 61A ünvanında və Çerkassı küçəsi, 46-cı məhəllədə təşkil olunacaq.

Hər iki məntəqədə baytarlıq nəzarətindən keçmiş qurbanlıq heyvanlar satılacaq və kəsimi həyata keçiriləcək. Vətəndaşlar bu xidmətlərdən Qurban Bayramı günlərində saat 08:00-dan 20:00-dək yararlana biləcəklər.

Dezinfeksiya işləri həm insan sağlamlığının qorunması, həm də qurbanlıq heyvanların sanitar-gigiyenik tələblərə uyğun olaraq kəsilməsi məqsədilə həyata keçirilib. Bu tədbir şəhər sakinlərinin rahatlıqla və təhlükəsiz şəkildə qurban kəsimi etmələri üçün atılan addımlardan biridir.

Keçidlər