Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda Qərbi Azərbaycan İcması nümayəndəliyinin inzibati binasının yenidənqurmadan sonra açılışı olub

03 may 2024 | 10:51

Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhəri üzrə nümayəndəliyinin inzibati binasının yenidənqurmadan sonra açılış mərasimi keçirilib.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli, millət vəkili Emin Hacıyev və Sumqayıtda məskunlaşan Qərbi Azərbaycanlılar iştirak edib.

Ə.Ələkbərli  bildirib ki, ölkənin 41 bölgəsində icmanın şöbəsi fəaliyyət göstərir: “Amma Sumqayıtda açılış mərasimi keçirilən bu bina həmin şöbələrin inzibati binaları arasında ən möhtəşəmidir”.

Mərasimdə həmçinin qeyd olunub ki, son 200 ildə azərbaycanlılar öz dədə-baba yurdlarından zorla köçürülüb və həmin ərazilərdəki Azərbaycan izləri erməni vandalları tərəfindən silinib. Ona görə də dəyişdirilən toponimlərin, abidələrin bərpası məsələsi gündəmə gətirilməlidir. Bütün bu məsələlərin Qayıdış Konsepsiyasında öz əksini tapdığı vurğulanıb.

Keçidlər