Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda payız-qış mövsümünə hazırlıq müzakirə edilib

10 oktyabr 2024 | 10:36

Sumqayıt şəhərində 2024-2025-ci illərin payız-qış mövsümünə hazırlıqla bağlı iclas keçirilib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun rəhbərliyi ilə keçirilən Şura iclasında mövsümlə əlaqədar görülən işlər və qarşıda duran vəzifələr ətrafında geniş müzakirələr aparılıb.

Zakir Fərəcov payız-qış mövsümünə hazırlığın vəziyyəti ilə əlaqədar şəhər təsərrüfatında görülmüş işlər və qarşıda görülməsi vacib olan məsələlər haqqında ətraflı məlumat verib.

Bildirilib ki, şəhər təsərrüfatının payız-qış mövsümünə hazır olması, əhalinin istilik, təbii qaz, elektrik enerjisi və içməli su ilə fasiləsiz təmin edilməsi məqsədilə Şəhər İcra Hakimiyyətində tədbirlər planı hazırlanıb və bu tədbirlərin icrası istiqamətində bir sıra işlər görülüb.

Qeyd olunub ki, son illər ərzində Sumqayıt şəhərində həyata keçirilən genişmiqyaslı abadlıq-quruculuq tədbirləri nəticəsində şəhər əhalisinin fasiləsiz olaraq elektrik enerjisi, təbii qaz və su ilə təmin edilməsi üçün mühüm işlər görülüb, müasir infrastruktur yaradılıb. Bu gün əlaqədar qurumların qarşısında duran əsas vəzifə mövcud infrastrukturdan səmərəli istifadə edərək payız-qış mövsümünə hazırlıq işlərini vaxtında və yüksək keyfiyyətlə başa vurmaqdır.

Sonra əlaqədar qurumların rəhbərləri payız-qış mövsümünə hazırlıqla bağlı məruzə ilə çıxış ediblər.

Şəhər rəhbəri görülən işləri sürətləndirmək, mövcud problemləri qısa müddət ərzində aradan qaldırmaqla bağlı tapşırıqlarını verib.

Keçidlər