Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda Novruz bayramı münasibətilə şəhid ailələri ziyarət edilib

18 mart 2023 | 08:20

Sumqayıtda şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır.

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar olaraq tədbirlər planı çərçivəsində Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən 1000-dən artıq şəhid və qazi ailəsinə, eyni zamanda aztəminatlı ailələrə bayram sovqatı paylanılıb.

Novruz bayramı ərəfəsində ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş döyüşçülərin ailələri ziyarət edilib. Şəhid ailələri Novruz bayramı münasibətilə təbrik edilib, onlara bayram sovqatları təqdim olunub.

Keçidlər