Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda növbəti vətəndaş qəbulu oldu

22 dekabr 2023 | 08:51
Sumqayıtda növbəti vətəndaş qəbulu oldu
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun növbəti vətəndaş qəbulu şəhərin 29-cu məhəlləsində keçirilib.
Qəbulda Zakir Fərəcovla yanaşı şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak edib.
Qəbulda iştirak edən sakinləri fərdi qaydada dinləyən Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qaldırılan məsələlərin bir qismini yerindəcə həll edib, bəzi müraciətlərin isə araşdırılması və həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib.
Qeyd edək ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov tərəfindən səyyar qəbullar hər həftə davam etdirilir.
Keçidlər