Sumqayıtda növbəti səyyar qəbul 2-ci mikrorayon ərazisində keçirilib
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun növbəti səyyar-qəbul görüşü keçirilib. Sumqayıt şəhər 2-ci mikrorayon ərazisində keçirilən qəbulda şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.
Şəhər rəhbəri qeyd edib ki, səyyar qəbulun keçirilməsində əsas məqsəd vətəndaşlarla birbaşa görüşmək, onları narahat edən problemləri müəyyən etmək və qısa müddətə həllinə nail olmaqdır.
Qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemləri və təklifləri dinlənilib. Sakinlər tərəfindən qaldırılan məsələlərin həlli ilə bağlı müvafiq tapşırıqlar verilib.
Şəhər rəhbəri ilə görüşən sakinlər Sumqayıtda həyata keçirilən abadlıq- quruculuq və yenidənqurma işlərindən razılığını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığına görə şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.