Sumqayıtda növbəti səyyar görüş keçirildi
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov vətəndaşların müraciətlərini yerində dinləmək və mövcud problemləri həll etmək məqsədilə davamlı olaraq səyyar qəbullar keçirir.
Növbəti səyyar qəbul-görüş şəhərin 17-ci mikrorayon ərazisində keçirilib.
Görüşdə şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qəbul zamanı hər bir vətəndaşın müraciətini diqqətlə dinləyib, qaldırılan məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun qısa müddətdə həll edilməsi üçün müvafiq tapşırıqlar verib.
Görüşdə iştirak edən sakinlər Sumqayıtda görülən işlərdən razı olduqlarını bildirdilər, onların müraciətlərinə xüsusi həssaslıqla və diqqətlə yanaşıldığına görə öz minnətdarlıqlarını bildirdilər.