Sumqayıtda növbəti səyyar görüş 10-cu mikrorayon ərazisində keçirilib
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun növbəti səyyar-qəbul görüşü keçirilib.
Sumqayıt şəhər 10-cu mikrorayon ərazisində keçirilən qəbulda şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və təşkilatlarının rəhbərləri, şəhid ailələri, qazilər və şəhər sakinləri iştirak ediblər.
Şəhər rəhbəri qeyd edib ki, səyyar görüşlərin keçirilməsində əsas məqsəd vətəndaşlarla birbaşa görüşmək, onları narahat edən problemləri yerində müəyyən etmək və qısa müddətə həllinə nail olmaqdır.
Səyyar qəbulda sakinlərin sosial müdafiə, mənzil-məişət şəraitinin yaxşılaşdırılması, məşğulluq və digər məsələlərlə əlaqədar problemləri dinlənilib, vətəndaşların müraciətlərində qaldırılan məsələlərin böyük bir qismi yerindəcə həll olunub. Araşdırılmasına ehtiyac olan digər məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırılaraq nəzarətə götürüldü.
Qeyd edək ki, Sumqayıt şəhərində davamlı olaraq vətəndaşlarla görüşlər keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görülür.