Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda narkomaniyaya qarşı mübarizə sahəsində işlərin təhlili aparılıb

11 iyul 2024 | 12:46

İyulun 10-da Sumqayıtdakı Heydər Əliyev Mərkəzində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi qrupu və Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Sumqayıt şəhərində narkomaniyaya qarşı mübarizə sahəsində işlərin təhlili” mövzusunda tədbir keçirilib.

Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, dövlət qurumlarının rəsmi şəxsləri, həmçinin yeniyetmə və gənclər iştirak ediblər.

Əvvəlcə tədbir iştirakçılarının diqqətinə “Ampula” adlı qısametrajlı film təqdim olunub.

Sonra narkotik maddələrdən istifadənin risk amilləri, narkomaniyanın insanların həyat və sağlamlığına, mənəvi-əxlaqi dəyərlərə və sosial-iqtisadi inkişafa mənfi təsirləri, asudə vaxtlarının səmərəli təşkilinə diqqətin artırılması, antinarkotik təbliğatın müasir dövrün tələblərinə uyğunlaşdırılması, narkomaniyanın fəsadlarına qarşı mübarizənin hüquqi bazası və digər məsələlər barədə ətraflı məlumat verilib, yeniyetmə və gəncləri maraqlandıran suallar ətrafında müzakirələr aparılıb.

Sonda Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən hazırlanmış “Narkotik vasitələrin və psixotrop maddələrdən sui-istifadə edən şəxslərin müəyyənləşdirilməsinə kömək üçün metodik tövsiyələr” adlı kitabça və digər zəruri əyani vəsaitlər iştirakçılara təqdim edilib.

Keçidlər