Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda möhtəşəm konsert və atəşfəşanlıq olacaq

08 may 2023 | 15:05

Ulu öndər Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi münasibəti ilə Sumqayıt şəhərində Respublikamızın mədəniyyət və incəsənət xadimlərinin iştirakı ilə möhtəşəm konsert və atəşfəşanlıq olacaq.

Konsert proqramında Azərbaycan Respublikasının xalq artistləri –Mir Yusif, Tünzalə Ağayeva, Faiq Ağayev, Gülyaz və Gülyanaq Məmmədovalar, Niyaməddin Musayev, Ağadadaş Ağayev, Məleykə Əsədova və digər tanınmış, populyar müğənnilər iştirak edəcəklər.

Sumqayıt Dövlət Dram Teatrının qarşısındakı meydanda təşkil ediləcək konsert proqramı Mayın 10-da saat 19.00-da başlayacaq.

Keçidlər