Sumqayıtda infrastrukturun yenilənməsi istiqamətində işlər davam edir
06 sentyabr 2024 | 16:48
Sumqayıt şəhərində infrastrukturun modernləşdirilməsi və yeni layihələrin icrası çərçivəsində kommunikasiya xətlərinin yenilənməsi işləri həyata keçirilir. Şəhərin inkişafı və sakinlərin həyat şəraitinin yaxşılaşdırılması məqsədilə görülən tədbirlər çərçivəsində hazırda Zülfi Hacıyev küçəsində və Heydər Əliyev Parkı ərazisində su və kanalizasiya xətlərinin yenilənməsi işləri aparılır. Bu prosesdə su xəttinin yeri də dəyişdirilərək daha səmərəli və təhlükəsiz şəbəkə qurulması təmin olunur.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov aparılan işlərlə yerindəcə tanış olub, prosesin gedişatı ilə bağlı müvafiq tapşırıqlar verib.