Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda ictimai nəqliyyatın fasiləsiz fəaliyyəti təmin olunub

09 yanvar 2023 | 10:25

Əlverişsiz hava şəraiti ilə əlaqədar Sumqayıt şəhəri ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlər həyata keçirilib. Aidiyyəti qurumlar tərəfindən yollar qardan təmizlənib, hərəkətin təhlükəsizliyinin təmin edilməsi istiqamətində addımlar atılıb.

Gün ərzində şəhər ərazisində yollarda nəqliyyatın hərəkətində məhdudiyyət olmayıb. Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai nəqliyyatın fasiləsiz fəaliyyəti təmin olunub. Sumqayıt şəhər Nəqliyyat İdarəsi tərəfindən marşrut xətləri üzrə avtobusların fəaliyyətinə nəzarət gücləndirilib.

Keçidlər