Sumqayıtda icra başçısı növbəti səyyar qəbul-görüş keçirib
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov sakinləri narahat edən məsələləri yerində araşdırmaq və mövcud problemlərin aradan qaldırılmasını təmin etmək məqsədi ilə növbəti səyyar qəbul-görüş keçirib. Şəhərin 3-cü mikrorayon ərazisində yerləşən 13 nömrəli məktəbdə keçirilən görüşdə şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə və xidmət sahələrinin rəhbərləri iştirak edib.
Zakir Fərəcov sakinlərin arzu və təkliflərini həssaslıqla dinləyib, onları narahat edən problemlərin aradan qaldırılması üçün müvafiq tapşırıqlar verib. Bir çox müraciətlər yerindəcə öz həllini tapıb.
Qeyd edək ki, Sumqayıt şəhərində davamlı olaraq vətəndaşlarla görüşlər keçirilir, onların müxtəlif məsələlərlə bağlı müraciətlərinin, ərizə və şikayətlərinin həll olunması üçün tədbirlər görülür.