Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib

27 aprel 2024 | 11:04

Sumqayıtda Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş ağacəkmə aksiyası keçirilib.
Sumqayıt şəhər İcra Hakimiyyəti və Sumqayıt Tibb Mərkəzinin (STM) birgə təşkilatçılığı ilə keçirilən aksiyada Bulvar ərazisində 1101 zeytun ağacı əkilib.

Aksiyada Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, STM-nin rəhbərliyi və kollektivi dəyişirik edib.

Əkilən ağaclara aqrotexniki qulluq göstərilib.

Keçidlər