Sumqayıtda hərbçilərin təntənəli yürüşü keçirilib
26 iyun 2026 | 12:29
26 İyun – Silahlı Qüvvələr Günü münasibətilə Sumqayıt şəhərində hərbi qulluqçuların yürüşü və orkestrin nümunəvi çıxışları təşkil olunub.
Yürüş Sumqayıt Dənizkənarı Bulvarda keçirilib.
Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 108-ci ildönümü münasibətilə keçirilən yürüşü izləyən şəhər sakinləri bu günün onlar üçün xüsusi qürur mənbəyi olduğunu bildiriblər.






