Sumqayıtda Ədliyyə işçilərinin peşə bayramı qeyd olunub
22 noyabr – Ədliyyə işçilərinin peşə bayramı günüdür. Bu münasibətlə Sumqayıtda tədbir keçilirib. Tədbir iştirakkçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsinə tər gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla yad ediblər.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ədliyyə işçilərini peşə bayramları günü münasibətilə tədbirk edib, onlara uğurlar arzulayıb. Daha sonra tədbir iştrakçıları Heydər Əliyev Mərkəzi ilə tanış olublar.
Qeyd edək ki, Azərbaycan ədliyyəsi ölkəmiz dövlət müstəqilliyini yenidən bərpa etdikdən sonra daha da çiçəklənib. Ümummilli liderimiz Heydər Əliyev rəhbərliyi ilə ədliyyə sisteminin inkişafını təmin edən məqsədyönlü, genişmiqyaslı islahatlar həyata keçirilib.. Ulu öndərimizin bu sahəyə diqqətinin bariz nümunəsi kimi ədliyyə işçilərinə verilən dəyəri özündə ehtiva edən sərəncamı qeyd edə bilərik. Belə ki,11 noyabr 2000-ci il tarixli Sərəncamı ilə təsis edilmiş 22 noyabr – ədliyyə işçilərinin peşə bayramı günü ədliyyə orqanlarında və məhkəmələrdə böyük ruh yüksəkliyi ilə geniş qeyd olunur.
Ədliyyə sisteminin fəaliyyətinin təkmillədirilməsi, bu strukturda olan orqanların inkişaf etdirilməsi əlbəttə ki, ölkə başçımız Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla aparılır və davamlı olaraq cəmiyyətə təqdim etdiyi islahatlar paketinin həyata keçirilməsində Ədliyyə Nazirliyinin də böyük rolu var. Bu sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması, müstəqil məhkəmə hakimiyyətinin möhkəmləndirilməsi üzrə genişmiqyaslı təbirlər həyata keçirilib.
2006-cı ildə ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü ilə ədliyyə orqanlarının fəaliyyəti ilə bağlı bir sıra mühüm sənədlər qəbul olunub, struktur təkmilləşdirilib. 18 aprel 2006-cı il tarixli Fərman ilə Ədliyyə Nazirliyi haqqında əsasnamə təsdiq edilərək ona hüquq mühafizə orqanı statusu verilib.Ədliyyə Nazirliyi 104 illik tarixi dövr ərzində zəngin, kəşməkəşli bir yol keçərək müasir inkişaf mərhələsinə çatıb.