Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda dezinfeksiya işləri davam etdirilir

25 iyul 2022 | 16:05

Sumqayıt şəhərində gündəlik olaraq dezinfeksiya və deratizasiya işləri həyata keçirilir. Bütün çoxmərtəbəli binalarda, park və xiyabanlarda, iaşə obyektlərində kütləvi şəkildə dezinfeksiya tədbirləri görülür.

Sumqayıt Şəhər Gigiyena və Epidemiologiya Mərkəzi tərəfindən hazırlanmış qrafikə uyğun olaraq hər gün profilaktik tədbirlər həyata keçirilir. Bütün çox mənzilli binalarda həşəratlara, xəstəliktörədici mikroorqanizmlərə, infeksiya mənbəyi olan və onu yayan gəmiricilərə qarşı beş dəfə dezinfeksiya və derotizasiya tədbirləri həyata keçirilir. Qarşıdakı aylarda da mütəmadi olaraq profilaktik tədbirlər davam etdiriləcək.

Keçidlər