Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda “Daşkənddən Qarabağa könül körpüsü” adlı tədbir keçirildi

19 dekabr 2022 | 17:50
Sumqayıt Muğam mərkəzində “Şuşa İli”nə həsr olunan “Daşkənddən Qarabağa könül körpüsü” adlı ədəbi-bədii gecə keçirildi.
17 dekabr 2022-cil il tarixində Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsi, Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Sumqayıt Regional Mədəniyyət İdarəsinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə komitənin sədri Qənirə Paşayeva, Özbəkistanın ölkəmizdəki səfirliyinin nümayəndələri, millət vəkili Müşfiq Məmmədli, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru Abdulqafor Kirgizbayev, Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev və Sumqayıt ziyalıları iştirak ediblər.
Çıxış edənlər iki dövlət arasında tarixi bağlılığdan, ulu öndər Heydər Əliyevin özbək xalqına hər zaman böyük sevgi ilə yanaşmasından, həmçinin son dövrlərdə Azərbaycan və Özbəkistan arasında əlaqələrin inkişafından, bu isti münasibətin müəllifləri olaraq ölkə rəhbərlərinin böyük əməyindən bəhs ediblər. Çıxışlardan sonra “Özbəkistan-Azərbaycan” Dostluq Cəmiyyətinin fəxri fərmanı iştirakçılara təqdim olunub.
Tədbir Azərbaycan və Özbəkistanın xalq artisti Gülyanaq Məmmədova və Beynəlxalq Müsabiqələr qalibi, Əməkdar artist Sahib Paşazadənin ifaları ilə davam etdirilib.
Keçidlər