Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda daha bir ərazidə təmir işləri aparılır

15 avqust 2023 | 15:08

Son illər Sumqayıt şəhərində sakinlərin rahat istirahəti üçün genişmiqyaslı tədbirlər həyata keçirilib, mövcud bütün parklar əsaslı təmir olunub. Abadlıq-quruculuq işləri park statusu olmayan ərazilərdə də həyata keçirilir.
Hazırda Sumqayıt Dövlət Universitetinin qarşısındakı ərazidə təmir işləri aparılır.
Aparılan əsaslı təmir-abadlıq işləri çərçivəsində əraziyə tamet örtüklər vurulur, piyadaların rahat hərəkətini təmin etmək məqsədi ilə səki salınır.
Gələcəkdə də bu istiqamətdə işlər davam etdiriləcək.

Keçidlər