Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda Birinci Qarabağ müharibəsinin şəhidi dəfn edilib

15 may 2024 | 16:59

Beyləqan rayonunun Şəfəq qəsəbəsində yerləşən qəbiristanlıqda naməlum şəhid kimi dəfn edilmiş Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab olunan Rəsul Arif oğlu Əliyevin meyitinin qalıqları Sumqayıt şəhərinə gətirilib.

Şəhərdə təşkil olunan vida mərasimindən sonra şəhidin nəşi Sumqayıt Şəhidlər xiyabanında dəfn olunub.

Dəfn mərasimində Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, şəhidin doğmaları, hüquq-mühafizə orqanlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, şəhər sakinləri iştirak edib.

Qeyd edək ki, R.Əliyev 1960-cı il fevralın 18-də Sumqayıt şəhərində anadan olub. O, 1993-cü il noyabrın 7-də Füzuli rayonunun Kürdmahmudlu kəndi ərazisində itkin düşüb.

Keçidlər