Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda Beynəlxalq Muğam Mərkəzinin 15 illik yubileyi münasibətilə konsert keçirilib

22 dekabr 2023 | 10:48

Sumqayıtda Beynəlxalq Muğam Mərkəzinin 15 illik yubileyi münasibətilə konsert keçirilib

 

Beynəlxalq Muğam Mərkəzinin 15 illik yubileyi münasibətilə Sumqayıt Muğam Mərkəzində tədbir təşkil olunub.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri iştirak edib.

Konsert proqramında Beynəlxalq Muğam Mərkəzinin ansamblının müşayiəti altında respublikanın tanınmış incəsənət ustaları tərəfindən ifalar səsləndirilib.

Tədbirdə Sumqayıt şəhər icra Hakimiyyətinin Başçısı Zakir Fərəcov qeyd edib ki, Azərbaycan xalqının qədim və zəngin tarixini özündə ehtiva edən muğam sənəti xalqımızın dünya mədəni irsinə bəxş etdiyi böyük xəzinədir. Bizim düşüncə tərzimizi əks etdirən muğamlarımız əsrlər boyu xalqın ruhunu özündə qoruyub saxlamışdır.

Vurğulanıb ki, ötən əsrin 70-ci illərində Ümummilli Liderimiz Heydər Əliyevin rəhbərliyi ilə milli dəyərlərimizin yaşadılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində muğam sənətimiz yeni inkişaf mərhələsinə qədəm qoyub, muğam ifaçıları və bu sənəti yaşadanlar qayğı ilə əhatə olunublar.

Qeyd olunub ki, Sumqayıtda da Muğama böyük diqqət göstərilir. Tədbirin təşkil olunduğu Muğam Mərkəzi bunun bariz nümunəsidir. 2019-cu il Noyabrın 21-də Sumqayıtda Muğam Mərkəzi istifadəyə verilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Mərkəzin açılışında iştirak edib.

Beynəlxalq Muğam Mərkəzinin direktoru Sahib Paşazadə tədbirin təşkilatçılarına minnətdarlığını bildirib.

Keçidlər