Sumqayıtda “Azərbaycanlıların soyqırımı aktlarının dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyevin rolu” mövzusunda konfrans keçirilib
Sumqayıt Şəhər İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının birgə təşkilatçılığı ilə “Azərbaycanlıların soyqırımı aktlarının dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyevin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib.
Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının konfrans zalında baş tutub. Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov, millət vəkili Müşfiq Məmmədli, Yeni Azərbaycan Partiyası Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov və şəhər ictimaiyyətinin nümayəndələri iştirak edib.
Öncə öncə Ümummilli lider Heydər Əliyevin və soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükütla yad edilib.
Tədbiri giriş sözü ilə açan YAP Sumqayıt şəhər təşkilatının sədri, partiyanın İdarə Heyətinin üzvü Ramiz Hüseynov mart soyqırımının ən ağır qətliam olduğunu qeyd edərək erməni-bolşevik silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə ətraflı məlumat verib.
Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Teymur Səmədov çıxış edərək bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı ilə ordumuz 44 gün davam edən Vətən müharibəsində Ermənistanın 30 illik işğalına son qoyub, eyni zamanda xalqımıza qarşı törədilmiş soyqırımı cinayətlərinin də qisasını alıb.
Teymur Səmədov bildirib ki, Ermənilərin Azərbaycan xalqına qarşı törətdiyi soyqırımın yenidən araşdırılması və həqiqətlərin dünyaya çatdırılması işi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə başlayıb və 1998-ci il martın 26-da ulu öndərin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” Fərmanla 31 mart Azərbaycanlıların Soyqırımı Günü elan edilib. Bundan sonra bu tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülüb, çoxlu əsərlər yazılıb və xarici dillərə tərcümə edilib.
Millət vəkili Müşfiq MəmmədliUlu Öndər Heydər Əliyevin “Azərbaycanlılarfın soyqırımı haqqında” 26 mart 1998-ci il tarixli Fərmanının tarixi mahiyyəti, Sumqayıt Dövlət Universitetinin professoru Aftandil Məmmədov Qərbi Azərbaycandan azərbaycanlıların deportasiyası, Sumqayıt Dövlət Universitetinin Azərbaycan və Şərqi Avropa xalqları tarixi kafedrasının dosenti Əmirxan isayev 1918-ci ildə ermənilər tərəfindən Azərbaycanın bölgələrində törədilən qırğınlar, Yazıçı, Azərbaycan Yazıçılar Birliyi İdarə Heyətinin üzvü Varis Yolçuyev Ədəbiyyatda 31 mart – azərbaycanlıların soyqırımı günü inikası mövzusunda məruzə ilə çıxış ediblər.