Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda “Azərbaycan xalqının xilaskarı” adlı konfrans keçirilib

08 may 2024 | 16:07

Yeni Azərbaycan Partiyası (YAP) Sumqayıt şəhər təşkilatında Heydər Əliyevin anadan olmasının 101-ci ildönümünə həsr olunmuş “Azərbaycan xalqının xilaskarı” adlı konfrans keçirilib.

YAP Sumqayıt şəhər təşkilatının konfrans zalında keçirilən tədbirdə əvvəlcə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbirdə çıxış edən YAP İdarə Heyətinin üzvü, Sumqayıt şəhər təşkilatının sədri Ramiz Hüseynov, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının birinci müavini Teymur Səmədov, Sumqayıt Dövlət Universitetinin Azərbaycan və Şərqi  Avropa xalqları tarixi kafedrasının müdiri, professor Şirxan Səlimov, “Şöhrət” ordenli, əməkdar müəllim Ofelya Babayeva, Sumqayıt Perinatal Mərkəzin rəhbəri Təranə Rəcəbli  Ümummilli Lider Heydər Əliyevin Azərbaycan xalqının tarixində və dövlətçilik fəaliyyətində müstəsna xidmətlərindən danışıblar. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyev siyasəti yaşayır, onun əbədiyaşar ideyaları və zəngin dövlətçilik irsi Azərbaycan xalqını firavan və parlaq gələcəyə aparır! Azərbaycan xalqı hər zaman dahi Heydər Əliyevi sonsuz ehtiram və məhəbbətlə yad edəcək.

Çıxışlardan sonra Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunmuş “Müstəqil Azərbaycanın memarı – Ulu Öndər Heydər Əliyev” mövzulu esse-yazı müsabiqəsi elan olunub və YAP sıralarına yeni qoşulmuş gənclərə üzvlük vəsiqələri təqdim edilib.

Tədbirin sonunda Yeni Azərbaycan Partiyasının himni səsləndirilib.

Keçidlər