Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda asfaltlanma işləri davam etdirilir

02 avqust 2023 | 12:36

Sumqayıt şəhərində yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirilir. Son illər ərzində Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış xüsusi proqram çərçivəsində prospekt və küçələr, eləcə də təmirə ehtiyacı olan mikrorayon və məhəllədaxili yollar mərhələli şəkildə təmir olunur.

Sumqayıt şəhər “Yaşıl Dərə” yaşayış massivində Əli Mustafayev və 76-cı məhəllədə şəhid Nicat Nəbiyev küçələri asfaltlanıb. Sumqayıt Bələdiyəsindən bildirilib ki, yaşayış massivindəki digər küçələr də mərhələli şəkildə asfaltlanacaq.

Keçidlər