Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda Almaniya nümayəndə heyətinin iştirakı ilə konsert proqramı təşkil olunub

14 may 2025 | 10:51

Almaniyanın Lüdviqshafen şəhərindən gəlmiş nümayəndə heyətinin Sumqayıta səfəri çərçivəsində şəhərdə bir sıra mədəni və ictimai tədbirlər həyata keçirilib. Səfərin ən yaddaqalan anlarından biri Sumqayıt Muğam Mərkəzində təşkil olunmuş konsert proqramı olub.

Tədbirdə Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Lüdviqshafen şəhərinin Tikinti və Ətraf Mühit üzrə mer müavini Aleksandr Tevald, Almaniya nümayəndə heyətinin üzvləri, Sumqayıt şəhərinin ziyalıları, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Bildirilib ki, Sumqayıtla Lüdviqshafen arasında qurulan əməkdaşlıq yalnız şəhərlərarası münasibətlərlə məhdudlaşmır, eyni zamanda Azərbaycanla Almaniya arasında mədəni, sosial və iqtisadi əməkdaşlığın inkişafına da töhfə verir. Bu səfərin iki xalq arasında qarşılıqlı anlaşma və dostluğun möhkəmlənməsində mühüm rol oynadığı vurğulanıb.

Daha sonra konsert proqramı təqdim olunub. Musiqi axşamında Azərbaycanın klassik və xalq musiqiləri ilə yanaşı, alman bəstəkarlarının əsərləri də səsləndirilib.

Keçidlər