Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda Alman əsgərlərinin məzarlığı ziyarət olundu, ağaclar əkildi

19 dekabr 2022 | 18:03

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Almaniya Federativ Respublikasının, ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ralf Horleman, Macarıstanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tamaş Torma və Avstriya Respublikasının ölkəmizdə olan fövqəladə və səlahiyyətli səfiri Tomas Şuller-Qötzburqla birlikdə Alman əsgərlərinin məzarlığında 40 ədəd xan çinar əkiblər. Əkilən ağaclara xüsusi qulluq göstərilib.

Bildirilib ki, qəbirstanlıqda 311 məzar var. Ümumilikdə Azərbaycanda İkinci Dünya müharibəsi iştirakçıları olan əsirlərin dəfn olunduğu 11 məzarlıq və 2986 məzar var. Onlardan biridə Sumqayıt şəhərində yerləşir.

Məzarlıqda dəfn olunan 311 girovdan 269-u alman əsilli olub, qalanları avstriyalı və macardır. Əsirlər Sumayıtın salınmasında iştirak edib və müxtəlif səbəblərdən dünyasını dəyişərək burada dəfn olunublar.

Vurğulanıb ki, Alman əsgərlərinin məzarlığı hər zaman diqqət mərkəzində saxlanılır və mütəmadi olaraq burada iməciliklər aparılır. Bu tolerantlıq ənənəsinin bir nümunəsidir. Azərbaycan tarixin ilkin dönəmlərindən başlayaraq hər zaman başqa xalqlara və dinlərə sayğı ilə yanaşıb. Bu münasibət müasir zamanda nəinki dəyişməyib, əksinə, daha da dərinləşib. Beləliklə, tarixdən süzülüb gələrək milli və dini tolerantlığın Azərbaycan modeli formalaşıb. Azərbaycanın dövlət müstəqilliyindən sonra xalqımızın əsrlər boyu yaşatdığı bu dəyər dövlət siyasətinin mühüm istiqamətlərindən birinə çevrilib.

 

Keçidlər