Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir

11 yanvar 2023 | 16:40

Hava şəraiti ilə əlaqədar olaraq Sumqayıt şəhərində fəaliyyət göstərən aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində fəaliyyət göstərir.
Gecə saatlarından başlayaraq şəhər ərazisindəki yollarda buzlaşmanın aradan qaldırılması ilə əlaqədar müvafiq tədbirlər görülüb. Xüsusi texnikalarla yollara qum-duz səpilib, yollar qardan təmizlənib. Nəqliyyat vasitələrinin hərəkəti təmin olunub.Hal-hazırda nəqliyyat vasitələrinin hərəkətində heç bir problem müşahidə olunmur.

Eyni zamanda Sumqayıt şəhərində fəaliyyət göstərən ictimai nəqliyyatın fasiləsiz fəaliyyəti təmin olunub.

Keçidlər