Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıtda 10 saylı yataqxana təmir olunur

17 oktyabr 2023 | 17:47

Son illər Sumqayıt şəhərində vətəndaşların həyat şəraitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm layihələr həyata keçirilir. Həyata keçirilən layihələr arasında mövcud yataqxanalarda yaşayan sakinləri narahat edən problemlərin aradan qaldırılması da var.

Hal-hazırda Sumqayıt şəhər 15-ci məhəllə ərazisində yerləşən 10 saylı yataqxanada əsaslı təmir işləri aparılır. Yataqxanada kompleks təmir işlərinin aparılması nəzərdə tutulub. Belə ki, yataqxananın dəhlizi, giriş hissəsi, hamam-sanitar qovşağı, mətbəxi, fasadı təmir olunacaq.

Yataqxananın hamam-sanitar qovşağında təmir işləri yekunlaşmaq üzrədir.

Mərhələli şəkildə digər yataqxanalarda da təmir işlərinin aparılması nəzərdə tutulub.

Keçidlər