Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt yollarında qarın təmizlənməsi davam edir

24 fevral 2025 | 12:19

Son günlər Sumqayıt şəhərində müşahidə olunan güclü qar yağması ilə əlaqədar olaraq şəhər ərazisində yol-nəqliyyat infrastrukturunun normal fəaliyyətinin təmin edilməsi məqsədilə təxirəsalınmaz tədbirlər həyata keçirilir.

Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyində olan qurumlar gücləndirilmiş iş rejimində çalışaraq, əsas magistral yollar, piyada səkiləri və həyati əhəmiyyət kəsb edən ərazilərin qardan təmizlənməsi üçün xüsusi texnikalar və canlı qüvvə səfərbər edilib. Yolların

buz bağlamasının qarşısını almaq üçün duz və qum qarışıqlarının səpilməsi prosesi fasiləsiz davam etdirilir.

Görülən tədbirlər nəticəsində şəhərdə nəqliyyatın hərəkətində ciddi problem müşahidə olunmur. Qarın yaratdığı çətinliklərin aradan qaldırılması istiqamətində işlər hazırda da davam etdirilir.

Keçidlər