Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt və Çunçin şəhərləri arasında əlaqələrin perspektivləri müzakirə olunub

12 avqust 2023 | 11:23

Çin Xalq Respublikasının Çunçin və Azərbaycanın Sumqayıt şəhərləri arasındakı iqtisadi və ticarət əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub.

Çinin ən böyük sənaye mərkəzlərindən olan Çunçin və Cian Cin şəhərlərinin nümayəndə heyəti Sumqayıt şəhərinə səfərdə olub

Çuy Çyanın başçılıq etdiyi nümayəndə heyətini Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qəbul edib. Şəhər rəhbəri qonaqları salamlayaraq onları şəhərimizdə görməkdən böyük məmnunluq hissi keçirdiyini bildirib.

Zakir Fərəcov Sumqayıt və onun iqtisadi inkişafı ilə bağlı qonaqlara geniş məlumat verib. Qeyd edilib ki, Sumqayıt şəhəri Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir.

Bildirilib ki, hazırda sənaye müəssisələrinin müasir texnologiyalar əsasında yenidən qurulması, modernləşdirilməsi, ixrac qabiliyyətli məhsullar istehsal edən müasir sənaye mərkəzlərinin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilir. Sumqayıt şəhərində ilk dəfə olduqlarını ifadə edən çinli qonaqlar səmimi görüşə görə şəhər rəhbərinə minnətdarlığını bildiriblər.

Görüşdə Çunçin və Sumqayıt şəhərləri arasındakı iqtisadi və ticarət əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub. Söhbət zamanı əməkdaşlıq əlaqələrinin genişləndirilməsi və qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Daha sonra qonaqlara hədiyyələr təqdim olunub və xatirə şəkilləri çəkilib.

Keçidlər