Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhərində Zəfər Günü ilə bağlı möhtəşəm konsert keçirilib

08 noyabr 2023 | 08:33

Sumqayıt şəhərində Zəfər Günü ilə bağlı silsilə tədbirlər keçirilib.

Bayramı tədbirləri axşam respublikanın incəsənət ustalarının geniş konsert proqramı ilə davam edib.

Açıq havada təşkil olunan konsertdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, millət vəkilləri, hüquq mühafizə orqanlarının rəhbərləri, şəhid ailələri, qazilər və minlərlə şəhər sakini iştirak edib.

Azərbaycanın tarixi zəfərinin üçüncü ildönümü münasibəti ilə keçiriləcən konsert proqramında Azərbaycanın tanınmış müğənniləri Mir Yusif, Faiq Ağayev, Tünzalə Ağayeva, Mübariz Tağıyev, Nadir Qafarzadə, Məleykə Əsədova, Təyyar Bayramov, Almaxanım Əhmədli, Namiq Məna iştirak edib.

Konsert proqramının aparıcıları tanınmış simalar – Saleh Bağırov və Lalə Azərtaş olub.

Konsertin sonunda bayram atəşfəşanlığı təşkil olunub.

Keçidlər