Sumqayıt şəhərində yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində işlər davam etdirilir
08 may 2023 | 15:53
Sumqayıt şəhərində yol-nəqliyyat infrastrukturunun yenilənməsi istiqamətində mühüm layihələr həyata keçirilir.
Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən hazırlanmış xüsusi proqram çərçivəsində prospekt və küçələr, eləcə də təmirə ehtiyacı olan mikrorayon və məhəllədaxili yollar mərhələli şəkildə təmir olunur.
Şəhərin Koroğlu prospektinin təmirə ehtiyac olan hissəsində asfaltlanma işləri həyata keçirilib.