Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhərində vətəndaşların növbəti səyyar qəbulu keçirilib

23 iyul 2022 | 09:26

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü şəhərin 5-ci mikrorayon ərazisində keçirib. Şəhər rəhbəri şəhid ailələrini, Vətən müharibəsi iştirakçılarını, eləcə də digər şəhər sakinlərini fərdi qaydada qəbul edərək onları narahat edən məsələlərlə yaxından tanış olub, müraciət və təkliflərini dinləyib.

Səyyar qəbul-görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Keçidlər