Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhərində növbəti səyyar qəbul keçirilib

13 may 2022 | 09:00

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov növbəti səyyar qəbul-görüşünü Sumqayıt şəhər 11-ci mikrorayon ərazisində keçirib.

Qəbulda vətəndaşıların təklif, müraciət və şikayətləri şəhər rəhbəri tərəfindən dinlənilib. Səyyar qəbul-görüşdə sakinlər tərəfindən qaldırılan məsələlərin bir qismi yerindəcə həll olunub, araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verilib.

Şəhər rəhbəri ilə görüşən sakinlər Sumqayıtda aparılan abadlıq və yenidənqurma işlərindən razılığını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqət ayırdığına görə şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.

Keçidlər