Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhərində Milli Kitab Sərgisi keçirilib

16 may 2022 | 11:15

14-15 may 2022-ci il tarixlərində Kimyaçı Mədəniyyət Sarayının qarşısında, açıq havada Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin, Sumqayıt Şəhər İcra Hakimiyyətinin, Sumqayıt Regional Mədəniyyət İdarəsinin, Azərbaycan Yazıçılar Birliyinin və “Qanun” Nəşrlər Evinin təşkilatçılığı ilə Milli Kitab Sərgisi keçirilib.
Açılış mərasimində Milli Məclisin deputatları, tanınmış ədəbiyyat və mədəniyyət adamları, ictimai xadimlər, ziyalılar, naşirlər, media nümayəndələri və kitabsevərlər iştirak edirdi.
Sumqayıt Regional Mədəniyyət İdarəsinin rəisi Rəşad Əliyev çıxış edərək Azərbaycan Respublikasının Mədəniyyət naziri cənab Anar Kərimovun adından sərgi iştirakçılarını salamladı. Bu kitab bayramının kitabın təbliğatı, mütaliəyə olan marağın artırılması üçün əzəmətli bir təşəbbüs olduğunu vurğuladı və sərgini açıq elan etdi.
Daha sonra açılış mərasimində Milli Məclisin deputatları Müşfiq Məmmədli, Aqil Abbas, “Qanun” Nəşrlər Evinin təsisçisi və rəhbəri Şahbaz Xuduoğlu, Sumqayıt şəhər Yeni Azərbaycan Partiyasının sədri Ramiz Abdullayev, Sumqayıt Şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı Fərman Kazımov, “Azərbaycan Nəşriyyatları” İctimai Birliyi sədri Şamil Sadiq, Prezidentin fərdi təqaüdçüsü, şairə Ofelya Babayeva, yazıçılar Əlisa Nicat, Seyran Səxavət və Cəlalə Nəzəroğlu çıxış edərək nəşriyyat-informasiya sahəsinə dövlət qayğısından, həmçinin cəmiyyətin mədəni, intellektual, iqtisadi inkişafında və savadlı gəncliyin yetişməsində kitabın, mütaliənin vacibliyindən söhbət açdılar.
Sonra qonaqlar sərgi ilə yaxından tanış oldular.
Tədbir populyar mügənnilərin və Sumqayıt Regional Mədəniyyət İdarəsinə tabe olan Nəriman Nərimanov Mədəniyyət Mərkəzinin mədəniyyət evlərində fəaliyyət göstərən özfəaliyyət qruplarının ifası və rəqs nömrələri ilə davam etdi. Tədbir zamanı sərgi iştirakçıları sevdikləri yazarların imzalı kitablarını əldə etdilər.
Milli Kitab Sərgisi mayın 15-dək davam edəcəkdir.
Sərgidə 30-dan artıq nəşriyyat, 10-dan çox kitab evi iştirak etdi və kitablara 50%-dək endirim tətbiq olundu.
I Gəncə Kitab Sərgisində şair və yazıçıların iştirakı ilə təqdimatlar, imza mərasimləri, şeir gecələri, uşaqlar üçün nağıl saatları, rəssamların, dekorativ tətbiqi sənət ustalarının əsərlərindən ibarət sərgilər nümayiş etdirildi.
Sərgidə 100 mindən artıq kitab satışı təqdim olunur.
Sərginin “Qarabağa kitabla gedək” stendində işğaldan azad olunan regionlarımızda yaradılacaq kitabxanalar üçün kitablar toplanılır.

Keçidlər