Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları yaralı hərbiçilərimizin ailələrini ziyarət edib

17 sentyabr 2022 | 11:19

Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları Ermənistan silahlı qüvvələrinin Kəlbəcər, Daşkəsən, Laçın, istiqamətində törətdiyi təxribatların qarşısının alınması zamanı yaralanan hərbiçilərimizin ailələrini ziyarət edib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin əməkdaşları Azərbaycan Ordusunun hərbi qulluqçuları Mirzəyev Rüstəm Vaqif oğlunun və Hümbətəliyev Rüfət Bəxtiyar oğlunun evlərində olub, ailə üzvləri ilə görüşüb.

Qeyd edək ki, Sumqayıt şəhərində şəhid ailələri və qazilər daim diqqət mərkəzində saxlanılır, onların sosial təminatı və yaşayış imkanlarının artırılması istiqamətində tədbirlər davam etdirilir. Şəhid ailələri üzvlərinin, müharibə ilə əlaqədar xəsarət almış hərbi qulluqçuların və əlilliyi müəyyən edilmiş şəxslərin məşğulluğuna və sosial problemlərinin həllinə dəstək olmaq məqsədi ilə Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Əlaqələndirmə Mərkəzi yaradılıb.
Keçidlər