Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt şəhər 21 nömrəli tam orta ümumtəhsil məktəbində Bilik Günü qeyd olunub

15 sentyabr 2026 | 16:34

Sumqayıt şəhər 21 nömrəli tam orta ümumtəhsil məktəbində 2026–2027-ci tədris ilinin başlanması ilə əlaqədar “Bilik Günü” tədbiri keçirilib. Tədbir təhsil müəssisəsinin əsaslı təmirdən sonra yenidən istifadəyə verilməsi ilə əlamətdar olub.
Tədbirdə Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müavini Həsən Həsənli, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov və Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva iştirak ediblər.
Çıxışlar zamanı yeni tədris ili münasibətilə şagirdlər, müəllimlər və valideynlər təbrik olunub. Bildirilib ki, Bilik Günü yeni başlanğıcların, yeni hədəflərin və məsuliyyətli tədris prosesinin simvoludur. Həmçinin pedaqoji heyətə uğurlar arzulanıb, şagirdlərin bilik və bacarıqlarının artırılması istiqamətində görülən işlər yüksək qiymətləndirilib.
Azərbaycan Respublikası Elm və Təhsil nazirinin müavini Həsən Həsənli çıxışında ölkədə təhsil infrastrukturunun yenilənməsi və müasir tədris mühitinin formalaşdırılması istiqamətində ardıcıl işlərin həyata keçirildiyini qeyd edib, müəllimlərin bu prosesdə əsas aparıcı qüvvə olduğunu vurğulayaraq şagirdlərə uğurlar arzulayıb.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov şəhərdə təhsil müəssisələrinin yenilənməsi və məktəb infrastrukturunun müasir tələblərə uyğunlaşdırılması istiqamətində görülən işlərdən bəhs edib, yeni tədris ilinin uğurlu olacağına inam ifadə edib.
Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva region üzrə təhsil göstəricilərinin yüksəldiyini, müəllim və şagirdlərin yeni tədris ilinə yüksək hazırlıqla başladığını bildirib, pedaqoji kollektivi təbrik edib və şagirdlərin gələcək nailiyyətlərinin vacibliyini vurğulayıb.
Qeyd edilib ki, 1971-ci ildən fəaliyyət göstərən məktəb əsaslı təmir və yenidənqurma işlərindən sonra müasir tədris mühitinə uyğun olaraq yenidən istifadəyə verilib.
Cari tədris ilində məktəbin I siniflərinə 200 şagird qəbul olunub.

Keçidlər