Şriftin ölçüsü :

Saytın rəngi :

Sumqayıt Regional Ədliyyə İdarəsi “Heydər Əliyev İli” çərçivəsində ağacəkmə aksiyasına qoşulub

10 aprel 2023 | 17:27

Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin İş Planına uyğun olaraq görkəmli şəxsiyyət, ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər həyata keçirilir. Şənbə günü  Sumqayıt Regional Ədliyyə İdarəsinin təşkilatçılığı və Sumqayıt şəhər İcra Hakimiyyətinin dəstəyi, regional idarənin müvafiq ərazi vahidlərinə daxil olan yerli ədliyyə qurumlarının, həmçinin Sumqayıt Bələdiyyəsnin iştirakı ilə Dənizkənarı Bulvar ərazisində geniş tərkibdə ağacəkmə kampaniyası keçirilib. Burada xeyli sayda müxtəliv növ ağac əkilib. Eyni zamanda, ağaclara aqrotexniki qulluq göstərilib.
Qeyd edək ki, aksiyanın məqsədi ölkəmizdə ekologiyanın qorunması və ətraf mühitin sağlamlaşdırılmasına hər zaman böyük önəm vermiş ulu öndər Heydər Əliyevin əziz xatirəsini yad etmək, yaşıllaşdırma ənənələrini davam etdirmək, insanlar arasında ekoloji mədəniyyəti, təbiətə olan qayğı hissini təbliğ etməkdən ibarətdir. Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu ekoloji siyasət onun layiqli davamçısı, Prezident İlham Əliyev tərəfindən də uğurla yerinə yetirilir, respublikamızda ətraf mühitin mühafizəsi və ekoloji təhlükəsizliyin təmin edilməsi istiqamətində ardıcıl tədbirlər görülür.
Aksiyanın gələcəkdə də davam etdirilməsi nəzərdə tutulur.

Keçidlər