Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid ailələri və qazilərə Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən bayram sovqatları verilib

30 dekabr 2022 | 08:35

Ölkəmizdə şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin təmin edilməsi, onların problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən Sumqayıt şəhərində də bu kateqoriyadan olan insanlar diqqət və qayğı ilə əhatə olunub. Dünya Azərbaycanlılarının həmrəyliyi günü və Yeni il bayramı münasibətilə bu kateqoriyadan olan insanlara bayram sovqatları verilib.

Bildirək ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun 6 oktyabr 2021-ci il tarixində 569 nömrəli sərəncamı ilə Əlaqələndirmə Mərkəzi də yaradılıb. Əlaqələndirmə mərkəzi  şəhid ailələrinin və qazilərin bir sıra problemlərinin həll olunmasında mühüm addımlar atır. Tərkibi şəhər İcra Hakimiyyəti əməkdaşları, şəhid ailələri, qazilərdən ibarət olan Əlaqələndirmə Mərkəzinin nümayəndələri mütəmadi olaraq şəhid ailələri və qaziləri evlərində ziyarət edirlər. Onların problemləri ilə maraqlanıb, həlli istiqamətində bir sıra əhəmiyyətli işlər görürlər.

Bildirək ki, ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyətimizin borcudur. Bu baxımdan, Sumqayıt şəhərində də şəhid ailələri və müharibə iştirakçılarının qayğıları ilə müntəzəm olaraq maraqlanılır, onlarla fərdi görüşlər keçirilir və sosial qayğıları ilə yaxından tanış olunur, onlara xüsusi diqqət göstərilir.

Keçidlər