Şriftin ölçüsü :

Saytın rəngi :

SDU-da “Heydər Əliyev Azərbaycançılıq ideologiyasının banisidir” mövzusunda elmi – praktik konfrans keçirildi

16 mart 2023 | 10:43
Martın 15-də Sumqayıt Dövlət Universiteti və  Sumqayıt Şəhər İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Heydər Əliyev Azərbaycançılıq ideologiyasının banisidir” mövzusunda elmi-praktik konfrans keçirildi.
Konfransda Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, universitetin professor-müəllim və tələbə heyəti iştirak etdilər.
Əvvəlcə iştirakçılar Ulu Öndər Heydər Əliyevin universitetin foyesində ucaldılmış büstü önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla yad etdilər.
Konfransın açlışında  Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Daha sonra Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olundu.
Konfransı giriş sözü ilə açan universitetin rektoru professor Elxan Hüseynov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovu və iştirakçıları salamladı, Ümummilli Lider Heydər Əliyevin həyatı, zəngin və çoxşaxəli fəaliyyəti haqqında ətraflı danışdı. Diqqətə çatdırdı ki, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin müvafiq Sərəncamına əsasən bu il ölkəmizdə “Heydər Əliyev İli” elan edilib. Ümummilli Liderin anadan olmasının 100 illik yubileyi ölkəmizdə və onun hüdudlarından kənarda hər bir azərbaycanlının yüksək ehtiramı və dərin minnətdarlıq hissi ilə geniş qeyd olunur. Keçirilən tədbirlərdə Ulu Öndərin Azərbaycan xalqı, dövləti və doğma vətənimiz üçün etdiyi mühüm tarixi xidmətlərindən, ümumbəşəri fəaliyyətindən geniş söhbət açılır, xatirəsi əziz tutulur. Heydər Əliyevin azərbaycançılıq məfkurəsinin fəlsəfi, siyasi mənası olduqca dərindir. Azərbaycançılıq milli həmrəyliyi, bütövlüyü təmin edən, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirən məfkurədir. Ümummilli Liderin müəllifi olduğu, sistemləşdirdiyi azərbaycançılıq ideologiyası təkcə bu ölkənin ərazisində yaşayan insanları yox, eyni zamanda, bütün dünyada məskunlaşan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrilib. Dövrünün ən nüfuzlu siyasətçiləri ilə bir sırada duran Heydər Əliyev Azərbaycanın müasir simasının, xalqımızın zəngin dəyərlərinin tanıdılması və ölkəmizin beynəlxalq münasibətlər sistemində layiqli mövqe qazanmasında müstəsna rol oynayıb.
Rektor onu da qeyd etdi ki, Sumqayıtın tarixinin ən əlamətdar səhifələri Ulu Öndərin adı ilə bağlıdır. Məhz onun diqqət və qayğısı sayəsində hələ ötən əsrin 70-80-ci illərində Sumqayıtda xüsusən neft və kimya sənayesinin sürətli inkişafı üçün geniş imkanlar açılaraq, zamanın tələblərinə uyğun texnologiyalar əsasında yeni-yeni istehsal sahələri istismara verilmişdir. Dövlət başçısı cənab İlham Əliyevin Cənubi Qafqazın Bakıdan sonra ikinci sənaye mərkəzi olan Sumqayıta səfərləri, diqqət və qayğısının nəticəsidir ki, şəhərimiz sürətlə inkişaf edir. Yeni açılan müəssisələrin fəaliyyəti ölkə iqtisadiyyatına öz bəhrəsini verməkdədir. Cənab Zakir Fərəcovun rəhbərliyi ilə Sumqayıt şəhərinin mədəni səviyyəsi yüksəlmiş, modern inkişafı üçün dövlət proqramına uyğun olaraq bir sıra islahatlar gerçəkləşmiş, yeni nailiyyətlər əldə olunmuşdur. Özünün iri müəssisələr şəbəkəsi və müvafiq infrastrukturunu formalaşdıran şəhər qısa müddət ərzində ölkənin aparıcı sənaye mərkəzlərindən biri kimi tanınıb, eyni zamanda mədəniyyət, elm, təhsil, səhiyyə, idman və digər sahələrdə böyük müvəffəqiyyətlər əldə edib. Bu gün Sumqayıt Dövlət Universiteti Sumqayıt şəhərinin elmin, təhsilin və mədəniyyətinin ümumi tərəqqisinə layiqli töhfələr bəxş edir.
 Sonra Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək rektor professor Elxan Hüseynovu və kollektivi salamladı,  hər kəsi Novruz bayramı münasibətilə təbrik etdi, xalqımızın zəngin milli-mənəvi dəyərlərini özündə əks etdirən ümumxalq bayramının bütün ailələrə ruzi-bərəkət və firavanlıq gətirməsini arzuladı.
Zakir Fərəcov “Heydər Əliyev müstəqil Azərbaycanın banisidir” mövzusunda geniş məruzə ilə çıxış etdi. Ulu Öndərin Azərbaycan xalqı qarşısında xidmətlərindən söz açdı, bildirdi ki, Ulu Öndərin Azərbaycan xalqı və dövləti qarşısındakı əvəzedilməz xidmətləri onun fəaliyyətinin bütün mərhələlərini əhatə edir. Ümummilli Liderin həm SSRİ dövründə, həm də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi dönəmdə görülən işlər respublikamızın qüdrətinin artmasına, Azərbaycanın tarixi nailiyyətlər qazanmasına xidmət edib. Xüsusilə də, müdrik dövlət xadiminin müstəqillik illərində Azərbaycana rəhbərlik etdiyi mərhələ sabitlik, tərəqqi dövrü kimi tarixə həkk olunub. Azərbaycanda uğurlu dövlət quruculuğu həyata keçirilib, bütün sahələrdə köklü islahatlar aparılıb, ölkəmizin beynəlxalq əlaqələri inkişaf etdirilib, dünyada mövqeyi möhkəmlənibdir. Ona görə də dövlətçilik tariximizin Heydər Əliyev dönəmi Azərbaycan xalqının və tarixin yaddaşında sabitlik, rifah, yüksəliş, intibah anlayışları ilə assosiasiya olunur. Xalqımız həm də ona görə xoşbəxtdir ki, Heydər Əliyev ideyaları yaşayır, onun siyasəti layiqli varisi və alternativsiz siyasətinin uğurlu davamçısı Prezident cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilir.
Tarix və coğrafiya fakültəsinin dekanı, professor, Əməkdar müəllim Adil Baxşəliyev “Heydər Əliyevin dövlətçilik fəaliyyəti”, Neft kimyası və kimya mühəndisliyi kafedrasının müdiri, professor Əkbər Ağayev “Heydər Əliyevin Azərbaycanda elm və təhsilin inkişafında rolu”, Filologiya fakültəsinin dekanı, dosent Sevinc Həmzəyeva  “Heydər Əliyevin mədəniyyət siyasəti”, Filologiya fakültəsinin III kurs tələbəsi Günel Əliyeva “İlham Əliyevin hakimiyyəti dövründə multikulturalizm və tolerantlıq ideologiyasının inkişafı” mövzularında çıxış etdilər. Bildirdilər ki, müasir Azərbaycan dövlətinin qurulması və inkişaf etdirilməsi, azərbaycançılıq məfkurəsinin, milli-mənəvi dəyərlərimizin qorunması və təbliği, Azərbaycan dilinin azərbaycançılıq ideologiyasının komponenti olması, ölkəmizin iqtisadi tərəqqisi və digər sahələrdə həyata keçirilən uğurlu layihələrin təməli məhz Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulub. Bu gün artıq Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Cənab Prezidentimiz İlham Əliyevin bu istiqamətdəki siyasəti modernləşmə xəttində sosial dövlət, balanslaşdırılmış xarici siyasət, sabitlik, dayanıqlı iqtisadi inkişaf və yeni təfəkkür tərzinin, yəni mədəni-mənəvi müxtəlifliyin həyat tərzi kimi dövlət səviyyəsində qəbulu, bütün dinlərə qarşı tolerant mühit, hər cür ayrıseçkiliyin aradan qaldırılması və s. bu kimi ideyaların formalaşdırılmasından ibarətdir. Bu standartlar və varislik yolu ilə ta qədimdən müasir dövrədək gəlib çatmış, azərbaycançılıq ideyasından əxz olunaraq, Azərbaycan xalqının milli-mənəvi dəyərləri çərçivəsində bərqərar edilib. Bu kontekstdə Cənab Prezidentimiz İlham Əliyevin həyata keçirdiyi, inkişaf etdirdiyi azərbaycançılıq təlimi özündə varislik və ənənəviliklə vəhdətdə modernliyi də əks etdirir.
Konfransın sonunda cənab Zakir Fərəcov tərəfindən tələbələri maraqlandıran suallar cavablandırıldı.
Keçidlər