Şriftin ölçüsü :

Saytın rəngi :

Qazi Həsrət Quliyev evində ziyarət edilib

22 fevral 2023 | 12:12

Ölkəmizdə şəhid ailələrinin və qazilərin sosial müdafiəsinin təmin edilməsi, onların problemlərinin həlli dövlət siyasətinin mühüm tərkib hissəsini təşkil edir. Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın müvafiq göstərişlərinə əsasən Sumqayıt şəhərində də bu kateqoriyadan olan insanlar diqqət və qayğı ilə əhatə olunub. Belə ki, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun 6 oktyabr 2021-ci il tarixli sərəncamı ilə Əlaqələndirmə Mərkəzi yaradılıb. Tərkibi şəhər İcra Hakimiyyəti əməkdaşları, şəhid ailələri, qazilərdən ibarət olan Əlaqələndirmə Mərkəzinin nümayəndələri mütəmadi olaraq şəhid ailələri və qaziləri evlərində ziyarət edirlər. Onların problemləri ilə maraqlanıb, həlli istiqamətində mühüm addımlar atırlar. Əlaqələnridmə mərkəzinin nümayəndələri 44 günlük vətən müharibəsinin qazisi Həsrət Quliyevi evində ziyarət edib.

Sumqayıt şəhər İcra Hakimiyyətinin Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri, Əlaqələndirmə Mərkəzinin rəhbəri Gündüz Əliyev bildirib ki, ölkəmizin ərazi bütövlüyü, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda şücaət göstərən qazilərə, bu yolda canını fəda edən qəhrəmanlarımızın ailələrinə diqqət və qayğı ilə yanaşmaq bütün cəmiyyətimizin borcudur. Bu baxımdan, Sumqayıt şəhərində də şəhid ailələri və müharibə iştirakçılarının qayğıları ilə müntəzəm olaraq maraqlanılır, onlarla fərdi görüşlər keçirilir və sosial qayğıları ilə yaxından tanış olunur, onlara xüsusi diqqət göstərilir.

Keçidlər