Məhəmməd Vəliyevin 80 illik yubileyi qeyd olundu
Sumqayıt şəhər 33 nömrəli məktəbdə uzun müddət pedoqoji fəaliyyətlə məşğul olan Vəliyev Məhəmməd Məmməd oğlunun 80 illik yubileyi qeyd olunub.
Tədbirdə çıxış edən Teymur Səmədov Məhəmməd Vəliyevin təhsil sahəsindəki xidmətləri yalnız Sumqayıt üçün deyil, bütövlükdə Azərbaycan təhsil sistemi üçün də əhəmiyyətli olduğunu qeyd edib.
Vurğulanıb ki, Məhəmməd Vəliyev 1968-ci ildə pedoqoji fəaliyyətlə başlayıb və 1981-1984-cü illərdə 26, 1987-2008-ci illərdə isə 33 nömrəli məktəbdə direktor vəzifəsində çalışıb. 10-dan çox kitab müəllifi olan Məhəmməd Vəliyev təhsil sahəsindəki xidmətlərinə görə müxtəlif mükafatlara layiq görülüb.
Məhəmməd Vəliyev bu gün də Sumqayıt şəhər İcra Hakimiyyəti yanında İctimai Şuranın üzvü kimi şəhərin icitimai həyatında fəal iştirak edir.