Macarıstanın müdafiə naziri Sumqayıt şəhərinə səfər edib
Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovnicski, Macarıstanın ölkəmizdə fövqəladə və səlahiyyətli səfiri Tamaş Yojef Torma Sumqayıtda yerləşən Alman əsirləri qəbiristanlığını ziyarət ediblər. Əvvəlcə hərbi əsirlərin xatirəsinə ucaldılmış abidə önünə əklil və tər gül dəstələri düzülüb.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov məlumat verib ki, Azərbaycanda İkinci Dünya müharibəsi iştirakçıları olan əsirlərin dəfn olunduğu 11 məzarlıq və 2986 məzar var. Onlardan biri də Sumqayıt şəhərində yerləşir. Məzarlıqda dəfn olunan 311 girovdan 269-u alman əsilli, 6-sı macar, qalanları isə avstriyalıdır. Əsirlər gənclər şəhəri olan Sumayıtın salınmasında iştirak edib və müxtəlif səbəblərdən dünyasını dəyişərək burada dəfn olunublar.
Zakir Fərəcov bildirilib ki, qəbiristanlıq mütəmadi olaraq diqqət mərkəzində saxlanılır. İməciliklər aparılır.
Tədbir zamanı Macarıstanın müdafiə naziri Kristof Szalay-Bobrovnicsi tərəfindən Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcova hədiyyə təqdim olunub.