Şriftin ölçüsü :

Saytın rəngi :

Lüdviqshafen şəhərinin meri Yutta Ştaynruk Sumqayıta səfər edib

31 may 2023 | 08:41

Almaniyanın Lüdviqshafen şəhərindən böyük nümayəndə heyəti Sumqayıta səfər edib.
Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Lüdviqshafen şəhərinin meri xanım Yutta Ştaynrukun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Nümayəndə heyətini qəbul edən Zakir Fərəcov bildirib ki, Sumqayıt “Qardaşlaşmış şəhərlər” hərəkatına ölkəmizdə ilk və fəal qoşulan şəhərlərdən biridir. Bu gün dünyanın bir çox ölkələri ilə dostluq əlaqələri olan Sumqayıtın Lüdviqshafenlə 1977-ci ildə yaranan dostluq münasibətlərinin təməli Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə qoyulub. Tərəfdaşlıq əlaqələrinin qorunub saxlanılmasında, inkişafında Azərbaycan və Almaniya arasındakı dostluq münasibətlərinin, Azərbaycan Almaniya dövlət başçılarının qarşılıqlı görüşlərinin, apardıqları danışıqların müsbət təsiri olub.

Vurğulanıb ki, bu il Sumqayıtla Almaniyanın Lüdviqshafen şəhəri arasında dostluğun 36, tərəfdaşlıq əlaqələrinin yaradılmasının isə 46 ili tamam olur.

Zakir Fərəcov Sumqayıtın tarixi, sosial və iqtisadi inkişafı, sənaye potensialı, şəhərdə son illərdə həyata keçirilən layihələr haqqında ətraflı məlumat verib.

Lüdviqshafen şəhərinin meri xanım Yutta Ştaynruk yüksək qonaqpərvərliyə və səmimi münasibətə görə sumqayıtlılara təşəkkürünü bildirib. Yutta Ştaynruk qeyd edib ki, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı hər iki şəhərarasındakı əlaqələrin inkişafında Zakir Fərəcovun müstəsna xidmətləri olub. Bunun üçün Zakir Fərəcov partnyorluq medalı olan qızıl medalla təltif olunub. Bu münasibət dost və qardaş şəhərlər arasında olan əlaqənin möhkəmliyi, davamlılığı və məhsuldarlığının bariz nümunəsidir.

Keçidlər