Lints şəhərinin meri Klaus Luger Sumqayıtda konsert proqramında iştirak edib
Sumqayıt şəhəri ilə Avstriyanın aparıcı sənaye mərkəzi olan Lints şəhərinin dostluq əlaqələrinin 15 illiyi, Sumqayıt şəhərinin 75 illik yubileyi münasibətilə Muğam Mərkəzində konsert proqramı təşkil olunub.
Konsertdə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, Avstriyanın Lints şəhərin meri Klaus Luger, idarə, müəssisə, təşkilat rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak edib. İncəsənət ustalarının ifaları izləyicilərdə xoş ovqat yaradıb.
Tədbirdə çıxış edən Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov qeyd edib ki, Sumqayıtın dünyanın 15 ölkəsini əhatə edən 20-dən çox şəhərlə dostluq və partnyorluq münasibətləri mövcuddur. Lints şəhəri ilə Sumqayıt şəhəri arasında 2009-cu ildən mövcud olan əməkdaşlıq əlaqələri bu günə qədər uğurla davam edir. Bu illər ərzində hər iki şəhərin nümayəndə heyətlərinin səfərləri baş tutmuşdur.
Zakir Fərəcov bildirib ki, sənaye şəhərləri olan Sumqayıt və Lints arasında gələcək əməkdaşlıq üçün geniş imkanlar olduğunu vurğulayıb.
Avstriyanın Lints şəhərin meri Klaus Luger göstərilən diqqətə görə minnətdarlığını bildirib. İkitərəfli əlaqələrin bundan sonra da sıx inkişaf edəcəyini diqqətə çatdırıb.