Şriftin ölçüsü :

Saytın rəngi :

İsveçrənin ölkəmizdəki səfiri Sumqayıtda olub

08 aprel 2024 | 09:36
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov İsveçrə Konfederasiyasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Tomas Ştəli ilə görüşüb.
 
Şəhər rəhbəri qonaqları salamlayıb, onları Sumqayıtda qarşılamaqdan böyük məmnunluq duyduğunu bildirib və səmimi ürək sözlərini çatdırıb.
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov səfirə Sumqayıtın tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı, elm, təhsil sahəsindəki nailiyyətləri və s. barədə ətraflı məlumat verib. Qeyd edib ki, Sumqayıtda bütün sahələrin, xüsusilə də sənayenin inkişafı üçün bütün imkanlar mövcuddur. Səfirə şəhərdə reallaşdırılan və gələcəkdə nəzərdə tutulan layihələr barədə də məlumat verib.
Zakir Fərəcov bildirib ki, bugünkü səfər və görüş Azərbaycan-İsveçrə dostluğunun və əməkdaşlığının bariz nümunəsidir. Təqdirəlayiq haldır ki, əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulmuş bu dostluq və əməkdaşlıq Prezident İlham Əliyev tərəfindən daha da inkişaf etdirilir və möhkəmləndirilir.
Səfir Tomas Ştəli göstərilən xoş münasibətə, İsveçrə Konfederasiyasının ünvanına söylənilən xoş sözlərə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirib. Azərbaycanla İsveçrə arasında iqtisadi, mədəni, eləcə də digər sahələr üzrə çox gözəl münasibətlərin formalaşdığını, əlaqələrin qurulduğunu vurğulayan səfir bugünkü görüşün də bu məqsədə xidmət etdiyini bildirib.
Görüşdən sonra səfir Sumqayıtla yaxından tanış olmaq məqsədi ilə Heydər Əliyev Mərkəzində və Bayraq Muzeyində olub.
Keçidlər