Şriftin ölçüsü :

Saytın rəngi :

Gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi məqsədi ilə Sumqayıtda görüş keçirilib

21 fevral 2023 | 12:07

Sumqayıt şəhər Polis İdarəsinin təşkilatçılığı ilə Sumqayıt şəhərində ümumi təhsil müəssisələrinin 9-11-ci sinif şagirldəri ilə görüş keçirilib.

Tədbir iştirakçıları öncə ümummilli lider Heydər Əliyevin abidəsi önünə tər gül dəstələri düzüb, əziz xatirəsinə ehtiramlarını bildiriblər. Heydər Əliyev mərkəzində davam etdirilən tədbirdə ümummili lider Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının dövlət himni səsləndirilib.

Sumqayıt şəhərində gənclərin Daxili İşlər Nazirliyi sistemində təhsilə və xidmətə təşviq edilməsi məqsədilə keçirilən görüşdə Sumqayıt şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov da iştirak edib.
Polis akademiyasının fəaliyyətindən bəhs edən videoçarxa baxdıqdan sonra açılış nitqi ilə çıxış edən Sumqayıt şəhər Polis İdarəsinin rəisi, polis polkovniki Fəqan Azadəliyev bildirib ki, Daxili İşlər Nazirliyi və onun təşkilati strukturu olan polis orqanları 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə böyük vətənpərvərliklə ilk müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb, cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb. Xüsusilə ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə respublikamızın iqtisadi, sosial və digər sahələrdə böyük uğurlar qazandığı 1970-1980-ci illər Daxili İşlər Nazirliyinin tarixinə ən mühüm mərhələ kimi düşüb. Fəqan Azadəliyev diqqətə çatdırıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən quruculuq işləri və hərtərəfli islahatlar nəticəsində ölkəmiz bu ötən illərdə də dinamik inkişaf etmiş, sabitlik və təhlükəsizlik qorunub saxlanılmışdır. Azərbaycan cinayətkarlıqla mübarizənin nəticələrinə görə MDB və Avropa məkanında ön mövqedə olmuş, bu göstərici və nəaliyyətlərdə Sumqayıt şəhər Polis İdarəsinin də öz töhvəsi vardır. 

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov bildirilib ki, bu gün ölkəmizdə hökm sürən yüksək ictimai-siyasi sabitliyə görə Azərbaycan Polisinə minnətdar olan hər bir vətəndaşımız milli maraqları, dövlətçilik mənafelərini daim uca tutan daxili işlər orqanlarının Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin ölkəmizin davamlı inkişafı naminə həyata keçirdiyi mühüm tədbirlərə, vətəndaşlarımızın təhlükəsiz həyatının, asayişinin qorunması işinə bundan sonra da layiqli töhfələr verəcəyinə ürəkdən inanır.

Abşeron-Xızı Regional Təhsil İdarəsinin müdiri İlhamə Abdullayeva bildirib ki, təşkil olunan bu cür tədbirlər şagirdlərin maarifləndirilməsində xüsusi rol oynayır. Daxili İşlər Nazirliyinin Polis Akademiyasının nümayəndəsi Eldəniz Kazımov Akademiya haqqında şagirdlərə ətraflı məlumat verib və şagirdlərin suallarını cavablandırıb. Çıxış edən gənc polis əməkdaşları və kursantlar şagirdlərə öz tövsiyyələrini veriblər.

Keçidlər