Şriftin ölçüsü :

Saytın rəngi :

Çin Xalq Respublikasının ölkəmizdəki səfiri Sumqayıtda olub

01 noyabr 2023 | 17:42

Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Qo Mini və nümayəndə heyətini qəbul edib.

Şəhər rəhbəri qonaqları salamlayaraq onları şəhərimizdə görməkdən böyük məmnunluq hissi keçirdiyini bildirib. Vurğulayıb ki, Azərbaycan-Çin əlaqələri möhkəm dostluğa və qarşılıqlı etimada əsaslanır. Əlaqələrin inkişaf etdirilməsində yüksək səviyyəli rəsmi səfərlər və bu çərçivədə əldə edilmiş siyasi razılaşmalar müstəsna əhəmiyyət kəsb edir.

Zakir Fərəcov Sumqayıt və onun iqtisadi inkişafı ilə bağlı qonaqlara geniş məlumat verib. Qeyd edib ki, Sumqayıt şəhəri Cənubi Qafqazın ikinci böyük sənaye mərkəzidir. Hazırda sənaye müəssisələrinin müasir texnologiyalar əsasında yenidən qurulması, modernləşdirilməsi, ixrac qabiliyyətli məhsullar istehsal edən müasir sənaye mərkəzlərinin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilir.

Çin Xalq Respublikasının ölkəmizdəki səfiri xanım Qo Min səmimi görüşə görə şəhər rəhbərinə minnətdarlığını bildirib. Səfir ikitərəfli əlaqələrin daha da genişləndirilməsinin vacibliyini vurğulayıb.

Görüşdə ikitərəfli münasibətlərin müxtəlif aspektləri və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Keçidlər