Şriftin ölçüsü :

Saytın rəngi :

Yaponiyanın Doşişa Universitetindən bir qrup professor və tələbə heyəti Sumqayıt şəhərinə səfər edib.

11 mart 2016 | 16:00

Yaponiyanın Doşişa Universitetindən bir qrup professor və tələbə heyəti “ADA” Universitetinin dəvəti ilə Azərbaycana səfər edib. Səfər çərçivəsində  martın 11-də Yaponiya və Türkiyədən olan professorlar, Nepal, Tayland, İran, Livan, İspaniya, Yaponiyadan olan tətqiqatçı tələbələrdən ibarət heyət Sumqayıt şəhərində olub, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovla görüşüb. Görüş zamanı Zakir Fərəcov Sumqayıt şəhərinin  tarixi barədə  qonaqlara məlumat verib, şəhərin inkişafından, son vaxtlar görülən işlərdən, yeni tikilən müəssisələrdən danışıb, şəhərdə tikilən yeni layihələrin rəsmlərini qonaqlara nümayiş edib. Qrupun rəhbəri professor Hisae Nakanişi 2015-ci ilin mart ayında oxşar missiya ilə Sumqayıta səfər etdiyini, şəhərin inkişaf templəri və unikal sosial-iqtisadi mühitindən yüksək təəsürat aldığını vurğulayıb. Görüşün sonunda cənab Zakir Fərəcov qonaqların suallarını cavablandırıb.
Səfərin əsas məqsədi Azərbaycanda gedən sosial-iqtisadi inkişaf, ölkədəki ictimai-siyasi məsələlər, Qarabağ münaqişəsi, qaçqın və məcburi köçkünlər problemi və digər mövzularda nəzəri və praktiki biliklər əldə etmək, bu bilikləri beynəlxalq akademik çevrələrə təqdim etmək olub.

Keçidlər