Şriftin ölçüsü :

Saytın rəngi :

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Labardini Sumqayıt şəhərinə səfər edib.

02 mart 2016 | 16:00

       Meksikanın Azərbaycandakı səfiri cənab Xuan Rodrigo Labardini Flores martın 2-də Sumqayıtda olub. Səfir Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcovla görüş keçirib. Dostluq və səmimiyyət mühitində keçən görüş zamanı ikitərəfli münasibətlərin müxtəlif aspektləri və bir sıra sahələrdə əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb. Cənab səfir ölkələrimiz arasında əməkdaşlığın potensialı, qarşılıqlı tanıtıma və yaxınlaşmaya xidmət edən milli mədəniyyətlər arasındakı oxşarlıqları qeyd edib. Cənab Zakir Fərəcov isə sənayə şəhəri olan Sumqayıtın tarixi barədə məlumat verib, şəhərin inkişafından, son vaxtlar həyata keçirilən layihələrdən, yeni tikilən müəssisələrdən danışıb.
      Görüşün sonunda tərəflər əməkdaşlıq əlaqələrinin genişlənməsi və möhkəmlənməsinə dair öz istəklərini ifadə ediblər.
   Səfər çərçivəsində cənab Xuan Rodrigo Sumqayıt Kimya Sənaye Parkının ərazisində fəaliyyət göstərən "Azərtexnolayn” Məhdud Məsuliyyətli Cəmiyyətin polad boru zavodu, Sumqayıt Texnologiyalar Parkı və dünyanın ən qabaqcıl şirkətlərinin müasir avadanlığı ilə təchiz edilən "Alyans Tekstil” tikiş fabrikində istehsal prosesi ilə tanış olub.

Keçidlər